
İki ayağı qırılmış uşaq sağalıb Bakıya qayıtdı
Nabranda istirahət mərkəzlərindən birində ağır yaralanaraq bir ayağını itirən və Almaniyada müalicə olunan 3 yaşlı İmran Cəfərzadə bu səhər Bakıya qayıdıb. İmran Cəfərzadənin olduğu təyyarə yerli vaxtla saat 04.55-də Heydər Əliyev Beynəlxalq hava limanına eniş edib.
Ağlayaraq getdikləri bu səfərdən böyük sevinclə qayıtdıqlarını deyən İmranın anası Nuridə Cəfərzadə verdiyi dəstəyə görə ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz təşəkkürünü bildirib.
İmranı qarşılayanlar arasında onun yaxın qohumları və jurnalistlər də olub. Göstərdiyi maddi və mənəvi dəstəyə görə ölkə rəhbərinə təşəkkürünü bildirən İmranın xalası Əzizə Baxşıyeva bildirib ki, bu gün onun üçün ikiqat bayramdır.
Xatırladaq ki, 2013-cü il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində faciəli hadisə baş verib. Hovuzda olarkən qoruyucu barmaqlıq olmadığına görə azyaşlı İmran Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb, 3 nəfər həbs olunub. İstirahət mərkəzinin lisenziyası isə ləğv olunub.
İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Oxşar yazılar

Rusiyada “az” domenli saytlara giriş məhdudlaşdırıldı
3 iyul 2025 , 13:52
Hədiyyə verilən əmlak boşananda bölünür? - CAVAB
3 iyul 2025 , 12:48
Sabah bu yerlərə leysan yağacaq - Hava PROQNOZU
3 iyul 2025 , 12:33
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
3 iyul 2025 , 12:04
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac var? - TƏHLİL
3 iyul 2025 , 10:55
Bu BÜRCLƏR iyul ayında çox zəngin olacaq: Qızıldan dağlar kimə vəd edilir?
3 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
3 iyul 2025 , 08:15