Gəncə şəhər Prokurorluğunda seminar-məşğələ keçirilib
18 aprel 2013 16:01 (UTC +04:00)

Gəncə şəhər Prokurorluğunda seminar-məşğələ keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun Tədbirlər Planının icrasına uyğun olaraq aprelin 17-də Baş Prokurorluq  tərəfindən Gəncə şəhər prokurorluğunda bölgə prokurorluqları əməkdaşlarının iştirakı ilə seminar-məşğələ keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Gəncə şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin heykəlini ziyarət edib. Seminar-məşgələdə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov  müasir Azərbaycan Respublikasının xilaskarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz fəaliyyəti, ölkəmizdə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində əvəzolunmaz xidmətləri, onun prokurorluq orqanlarının fəaliyyətinin hüquqi əsaslarının müəyyən edilməsi, Azərbaycan Prokurorluğunun konstitusion statusuna uyğun olaraq davamlı inkişafındakı fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib.

 

Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov, Gəncə şəhər prokuroru Adil Vəliyev və digər natiqlər ulu öndər Heydər Əliyevin çoxşaxəli ictimai-siyasi və dövlət müstəqilliyimizin qorunmasında həyata keçirdiyi gələcəyə hesablanmış fəaliyyəti haqqında çıxış edib.

# 1392
avatar

Oxşar yazılar