Dekabrın 21-də hava necə olacaq?
19 dekabr 2012 13:39 (UTC +04:00)

Dekabrın 21-də hava necə olacaq?

Yaxın 2 gündə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Dekabrın 21-də günün ikinci yarısından başlayaraq, temperetur tədricən 3-5 dərəcə aşağı enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, dekabrın 20-21-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti təşkil edəcək. Dekabrın 21-də gecə 3-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında dekabrın 20-si və 21-də arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun  gecə 2 dərəcə  şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. Dekabrın 21-də isə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə olacağı gözlənilir.

 

Yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır.

# 5612

Oxşar yazılar