
Bu rayonun kəndlərinə qaz verildi
Bu gün Şamaxı rayonunun Çıraqlı və Çöl-Göylər kəndlərinə təbii qaz verilib.
Bu barədə Lent.az-a "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu münasibətlə Çıraqlı kəndində rayon rəhbərliyi və “Azəriqaz” İstehsalat Birliyi nümayəndələrinin iştirakı ilə mərasim keçirilib.
Qeyd edək ki, Çıraqlı (39 abonent) və Çöl-Göylər (110 abonent) kəndlərinə təbii qazın verilməsi ilə rayon üzrə qazlaşma faizi 96,67 faizə çatıb. İşlərə bu ilin fevral ayının əvvəlində başlanılıb. Ümumilikdə 2 kənddə müxtəlif diametrli yeraltı orta təzyiqli polietilen və paylayıcı yerüstü qaz kəmərləri çəkilib. Hər bir fərdi mənzilin qaz kəməri üzərində 149 ədəd qaz sayğacı quraşdırılıb.
Oxşar yazılar

Sabah hava bu insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
26 fevral 2025 , 17:42
Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
26 fevral 2025 , 17:01
Bu yerlərə qar yağır, 15 dərəcə şaxta var - FAKTİKİ HAVA
26 fevral 2025 , 14:46
Azərbaycandan gedənlər aeroprotda saxlanıldı, apardıqları məhsullar məhv edildi
26 fevral 2025 , 14:03
Bakının bu rayonu susuz qaldı - SƏBƏB
26 fevral 2025 , 13:44
Azərbaycan xalqı Xocalı şəhidlərini anır - FOTOLENT
26 fevral 2025 , 13:19
Sabah güclü qar yağacaq - HAVA PROQNOZU
26 fevral 2025 , 12:42