(R) Hesab.az portalında «İDEAL» ödəmələr günləri davam edir
18 dekabr 2012 14:24 (UTC +04:00)

(R) Hesab.az portalında «İDEAL» ödəmələr günləri davam edir

Hesab.az portalında «İDEAL» parfüm və kosmetika mağazalar şəbəkəsinin «100 ödə - 300 qazan aksiyası» davam edir. Dekabrın 23-nə kimi Azərbaycanın ən böyük onlayn-ödəmələr portalında davam edəcək bu aksiya, artıq 32 minə çatan portalın qeydiyyatdan keçən istifadəçiləri arasında keçirilir.

 

Cari ayın 3-dən 23-dək portalda mobil və stasionar telefon, kabel TV və internet, kommunal və digər xidmətlər üzrə ən azı 100 AZN məbləğində onlayn-ödəmə aparanlar, «İDEAL» mağazalar şəbəkəsində alış-veriş üçün «Visa Classic» kartı alacaqlar. Balansında 300 manat olan bu kart vasitəsi ilə alınacaq malların dəyəri bir neçə ay ərzində faizsiz kredit xətti hesabına hissə-hissə ödənilə bilər. Kartın istifadə müddəti 3 ildir, komissiya haqqı nəzərdə tutulmayıb. Kredit xəttindən istifadə edildiyi təqdirdə, növbəti təqvim ayından başlayaraq, maksimum 6 aya, hər ayın ilk 10 günü ərzində istifadə edilən məbləğ bərabər hissələrlə ödənilir.

 

Faizsiz kredit kartları Hesab.az portalında 100 AZN və daha çox məbləğdə ödəmələri təsdiq edən xüsusi kuponlar əsasında təqdim olunur. Bu kuponlar artıq 1500-ə yaxın istifadəçilərin elektron ünvanlarına çatdırılıb və 23 yanvar 2013-cü il tarixinədək «İDEAL»-ın Bakı və Sumqayıt şəhərlərindəki 10 mağazasında qəbul olunacaq. Həmçinin qeyd edək ki, «100 ödə - 300 qazan aksiyası» aksiyasına qoşulan bütün müştərilərə bonus kimi «İDEAL»-dan 5%-lik «Classik» endirim kartı təqdim edilir.

 

Yeni il bayramı ərəfəsində «İDEAL» hədiyyələr qazanmaq şansı verən aksiya barədə daha ətraflı məlumat üçün (012) 566 6699 telefon nömrəsinə zəng edin.

# 1065
avatar

Oxşar yazılar