Ucar rayonunun bir hissəsinin qazı kəsiləcək.
Lent.az-ın məlumatına görə, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar, sabah saat 10:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan “Ucar” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılıb.
Təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacağı gözlənilir.