Sabah güclü leysan və  qar yağacaq   - HAVA PROQNOZU
03 oktyabr 2023 13:14 (UTC +04:00)

Sabah güclü leysan və qar yağacaq - HAVA PROQNOZU

Oktyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-5° isti, gündüz 5-9° isti olacaq.

# 4179
avatar

Oxşar yazılar

Ombudsmanın atası VƏFAT ETDİ

Ombudsmanın atası VƏFAT ETDİ

8 dekabr 2023 , 18:44
Yeni qlobal  fəlakət   XƏBƏRDARLIĞI

Yeni qlobal fəlakət XƏBƏRDARLIĞI

8 dekabr 2023 , 18:22
 Daşınmaz əmlak   necə bağışlanır? -  CAVAB

Daşınmaz əmlak necə bağışlanır? - CAVAB

8 dekabr 2023 , 16:47
Sabaha gözlənilən  tibbi-meteoroloji   PROQNOZ

Sabaha gözlənilən tibbi-meteoroloji PROQNOZ

8 dekabr 2023 , 16:36
Azərbaycanda daha bir nazir işdən çıxarıldı

Azərbaycanda daha bir nazir işdən çıxarıldı

8 dekabr 2023 , 16:30
Sabah  çox güclü maqnit qasırğası   olacaq - XƏBƏRDARLIQ

Sabah çox güclü maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

8 dekabr 2023 , 15:26
Dekabrda bürclərdən biri üçün  lotereyada uduş   PROQNOZU

Dekabrda bürclərdən biri üçün lotereyada uduş PROQNOZU

8 dekabr 2023 , 15:22
Bu işsizlərin hamısına  uşağa görə əlavə   veriləcək

Bu işsizlərin hamısına uşağa görə əlavə veriləcək

8 dekabr 2023 , 13:33