Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev
22 fevral 2021 16:50 (UTC +04:00)

Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev

Müəllimlər də, uşaqlar da maska taxmalıdır, əks halda... Professor DANIŞIR-VİDEO

Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev APA TV-nin “Öncə sağlıq” proqramında “Dərslərin başlaması uşaqlar arasında virusun kütləvi yayılmasına səbəb ola bilərmi?” mövzusu ilə bağlı danışıb.

Lent.az xəbər verir ki, professor bildirib ki, sinif otağında uşaqların maskasız oturması düzgün deyil:

“Düzdü, dünya ölkələrinin çoxunda uşaqlar dərsdə maskasız otururlar. Amma 50 illik təcrübəmə dayanaraq deyirəm ki, bu düzgün deyil. Maska ilə bağlı Dünya Səhiyyə Təşkilatının bir çox tövsiyyələri var. Statistikada da bütün rəqəmlər göstərilib. Aydın olur ki, hətta bir nəfərin maskasız olması nə qədər yoluxmaya səbəb olur. Buna görə də mütləq şəkildə maska taxılmalıdır. İstər bağçalarda, istərsə də məktəblərdə.

Mövzu ilə bağlı daha ətraflı məlumatı təqdim etdiyimiz videodan izləyərək ala bilərsiniz.

 

Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev APA TV-nin “Öncə sağlıq” proqramında dərslərin başlaması ilə bağlı danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2058
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar