Bu ölkədə doğuş sayını  artırmaq üçün dörd günlük iş həftəsi  olacaq
09 dekabr 2024 09:22 (UTC +04:00)

Bu ölkədə doğuş sayını artırmaq üçün dörd günlük iş həftəsi olacaq

Yaponiya demoqrafik böhrandan qeyri-adi çıxış yolu tapıb. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 2025-ci ildən başlayaraq dövlət qulluqçularının iş həftəsi bir gün qısaldılacaq.

Hökumətin fikrincə, vətəndaşlar bu günü istirahət üçün deyil, ailəsi üçün istifadə etməlidirlər.

Tədbir Yaponiyanın demoqrafik böhranla mübarizə aparmaq üçün daha geniş səylərinin bir hissəsidir. Ölkədə doğum nisbətində rekord azalma müşahidə olunur: 2023-cü ildə cəmi 758 min yeni doğulmuş körpə qeydə alınıb ki, bu da 124 milyonluq əhali üçün kritik göstəricidir.

Hökumət həmçinin valideynlər üçün iş saatlarının azaldılması və ölkənin digər prefekturalarında çevik iş qrafiklərinin tətbiqi təşəbbüslərini nəzərdən keçirir.

Bir çox sosioloqlar doğum nisbətinin daim aşağı düşməsini Yaponiyanın sərt iş mədəniyyəti və yaşayış dəyərinin artması ilə əlaqələndirirlər. İşçilərin tez-tez sağlamlıq problemlərindən və ekstremal hallarda həddindən artıq işdən ölüm mənasını verən "karoşi" terminindən əziyyət çəkdiyi korporativ Yaponiyada yorucu iş saatları çoxdan problem olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2997
avatar

Oxşar yazılar