Bakıda 130-dan çox avtobus  TIXACDA qalıb
14 iyul 2022 18:36 (UTC +04:00)

Bakıda 130-dan çox avtobus TIXACDA qalıb

Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 48 müntəzəm marşrut xətti üzrə 131 avtobusun hərəkət intervalında gecikmələr var.

Lent.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

1. Ziya Bünyadov prospekti- 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 14-20 dəqiqə gecikmə müşahidə olunur.

2. Akademik Həsən Əliyev küçəsi-hər iki istiqamətdə 6, 13, 61 və 83 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 11-16 dəqiqə gecikmə müşahidə olunur.

3. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur.

4. Yusif Səfərov küçəsi-Heydər Əliyev prospekti istiqamətində 4, 10, 21, 30, 32, 46 və 49 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə müşahidə olunur.

5. Moskva prospekti-20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 11-15 dəqiqə gecikmə müşahidə olunur.

6. Abdulla Şaiq küçəsi-İnşaatçılar prospekti-Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 saylı marşrut xətləri üzrə avtobuslararası intervallarda 11-15 dəqiqə gecikmə müşahidə olunur.

7. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur.

8. Tbilisi prospekti– şəhər istiqamətində 2, 13, 65 və 79 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 10-16 dəqiqə gecikmə müşahidə olunur.

9. Binəqədi şossesi–Binəqədi istiqamətində 71, 79, 133, 165, 179 və 202 saylı  marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə müşahidə olunur.

# 1899
avatar

Oxşar yazılar