Bakı Psixologiya Mərkəzinin təşəbbüsü ilə Sumqayıtda fəaliyyət göstərən "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində qadınlar üçün psixoloji rifahın artırılması ilə bağlı tədbir təşkil olunub.
Lent.az-ın məlumatına görə, korporativ sosial məsuliyyət çərçivəsində keçirilən tədbir fərdi psixoloji məsləhətlər və qrup çalışmalarını əhatə edib. Görüşün əsas məqsədi qadınların emosional və psixoloji dayanıqlığını gücləndirmək, onların sosial həyatdakı aktivliyini artırmaq və psixoloji dəstəyə çıxış imkanlarını genişləndirmək olub.
"Giltex" MMC şirkəti tərəfindən tədbirdə iştirak edən qadınlara hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Bakı Psixologiya Mərkəzi və "Giltex" MMC cəmiyyətin həssas qruplarına dəstək göstərməyi prioritet istiqamətlərdən biri kimi qəbul edir və belə təşəbbüslərin davamlı həyata keçirilməsini nəzərdə tutur.