Xalq artisti Arif Babayev Fəxri xiyabanda dəfn olundu -YENİLƏNİB
01 avqust 2025 14:38 (UTC +04:00)

Xalq artisti Arif Babayev Fəxri xiyabanda dəfn olundu -YENİLƏNİB

Xalq artisti Arif Babayev Fəxri xiyabanda dəfn olunub.

Lent.az xəbər verir ki, dəfn mərasimində Xalq artistinin ailə üzvləri ilə yanaşı, mədəniyyət naziri Adil Kərimli, deputat Aqil Abbas, sənətkar adamları, o cümlədən bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Xalq artisti ilə vida mərasimi Beynəlxalq Muğam mərkəzində keçirilib.

***

13:57

Beynəlxalq Muğam mərkəzində Xalq artisti Arif Babayevla vida mərasimi keçirilib.

Lent.az xəbər verir ki, Xalq artistinin ailə üzvləri ilə yanaşı, bir sıra görkəmli sənətkarlar, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Arif Babayevin ölüm xəbəri hər kəsi sarsıdıb: "Bütün dünyada yaşayan azərbaycanlıların sevimlisi Arif Babayevi itirdik. Arif Babayevin vəfatı ilə əlaqədar qonşu dövlətlərdən başsağlığıları alırıq. Bu gün hamımız üçün çox ağrılı gündür".
Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə bildirib ki, Arif Babayev öz sənəti ilə yaşadığımız dövrün hisslərini öz ifasında əks etdirirdi: "Arif müəllimin xatirəsi hər zaman bizim yaddaşımızda yaşayacaq".

Xalq artisti Mənsum İbrahimov çıxışında vurğulayıb ki, Arif müəllim barəsində keçmiş zamanda danışmaq çox çətindir: "Mən bu sənətə Arif Babayevi sevib gəlmişəm, uzun illər eyni səhnəni bölüşmüşük. Arif Babayev elə bir iz qoyub gedib ki, o heç vaxt unudulmayacaq".

Xalq artisti, professor Vamiq Məmmədəliyev qeyd edib ki, Arif Babayev onun dostu olub: “Biz təkcə sənətdə yox, sənətdən kənarda biz dost idik. Arif Babayevin insanlara verdiyi qiymət çox yüksək idi, çox səmimi insan idi. Onun tələbələri də onu çox istəyir, çünki həm sənəti həm də insanlığın yüksək idi".
Sonda Arif Babayevin oğlu Yaşar Babayev vida mərasimdə iştirak edənlərə minnətdarlığını bildirib.

Qeyd edək ki, Arif Babayev Fəxri xiyabanda dəfn ediləcək.

***

13:06

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vida mərasiminə əklil göndərib.

***

Beynəlxalq Muğam mərkəzində Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilib.

Lent.az xəbər verir ki, mərasimdə Xalq artistinin ailə üzvləri ilə yanaşı, bir sıra görkəmli sənətkar atamdır o cümlədən bir sıra ictimaiət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Arif Babayev I-ci Fəxri xiyabanda dəfn ediləcək.

Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilir - FOTO

Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilir - FOTO

Xalq artisti Arif Babayev Fəxri xiyabanda dəfn edilib - FOTO  - VİDEO  - YENİLƏNİB-1

Xalq artisti Arif Babayev Fəxri xiyabanda dəfn edilib - FOTO  - VİDEO  - YENİLƏNİB-1

Xalq artisti Arif Babayev Fəxri xiyabanda dəfn edilib - FOTO  - VİDEO  - YENİLƏNİB-1

Xalq artisti Arif Babayev Fəxri xiyabanda dəfn edilib - FOTO  - VİDEO  - YENİLƏNİB-1

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1592

Oxşar yazılar