Məleykə Abbaszadə: “Onların səyləri nəticə verməyəcək”
08 iyul 2011 12:09 (UTC +04:00)

Məleykə Abbaszadə: “Onların səyləri nəticə verməyəcək”

Lent.az-ın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında M.Abbaszadə I ixtisas qrupu üzrə sənəd verənlərdən 30965 nəfərinin Azərbaycan bölməsinin, 2622 nəfərinin isə rus bölməsinin məzunları olduğunu bildirib.

Abituriyentlərin 19825 nəfəri oğlan, 13762 nəfəri qızdır. TQDK sədrinin sözlərinə görə, III ixtisas qrupundan fərqli olaraq, I ixtisas qrupunda oğlanlar say üstünlüyü təşkil edirlər. Bu səbəbdən, imtahan prosesində nizam-intizamın təmin olunmasında çətinliklərin ortaya çıxacağı gözlənilir: “Qızlara nisbətən oğlanlar nizam-intizamlı olmağa az meyllidirlər. Qızlar daha nizam-intizamlıdırlar. Ona görə də indidən oğlan abituriyentləri nizam-intizamlı olmağa, imtahanlara mobil telefon və digər vasitələr gətirməməyə çağırıram. Onların bu səyləri nəticə verməyəcək, əksinə, özlərinə ziyan olacaq”.
# 449

Oxşar yazılar