Yol polisi sürücülərə müraciət edib: “Təhlükə var”
14 noyabr 2012 10:39 (UTC +04:00)

Yol polisi sürücülərə müraciət edib: “Təhlükə var”

Noyabrın 13-ü axşam saatlarından başlayaraq ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraiti ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrinin sayının artmasını səbəb olub. Lent.az-ın məlumatına görə, təkcə noyabrın 14-nə keçən gecə Bakı şəhəri ərazisində 6 yol qəzası baş verib ki, nəticədə 9 nəfər ağır bədən xəsarəti alıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Lent.az-a bildirib ki, belə hava şəraiti, ümumiyyətlə qış mövsümü sürücülərdən daha diqqətli və ehtiyatlı olmağı tələb edir: “Sürücüləri diqqətli olmağa çağırırıq, bütün respublika ərazisində yağmurlu hava şəraiti müşahidə edilir. Bundan sonra sürücülərə qış şinlərinə üstünlük vermələri məsləhət görülür. Həmçinin yollarda sürət həddinin gözlənilməsi, manevr qaydalarına riayət edilməsi, ötmə hərəkətləri, ara məsafəsi saxlanılması kimi məqamlara diqqətlə yanaşılmalıdır. Düşünmək lazımdır ki, daha avtomobili quru asfalt üzərində idarə etmirlər və maşının idarəetmədən çıxma riski daha böyükdür. Yağmurlu hava şəraitində sürücülər şüşə silgəclərini yoxlamalıdırlar. Şüşəyuyanların saz vəziyyətdə olması, bunun üçün saxlanılan su ehtiyatını yoxlamaları vacibdir”.

Qeyd edək ki, ölkə ərazisində yağmurlu hava şəraitinin daha 2 gün davam edəcəyi gözlənilir.


Nizam RZA
# 4955

Oxşar yazılar

Zaqatalaya dolu yağdı  - FAKTİKİ HAVA

Zaqatalaya dolu yağdı - FAKTİKİ HAVA

21 may 2024 , 16:35
Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

21 may 2024 , 16:33
Hindistanda  anomal   istilər - FOTOLENT

Hindistanda anomal istilər - FOTOLENT

21 may 2024 , 16:11
Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşları qəbul etdi

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşları qəbul etdi

21 may 2024 , 16:02
Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

21 may 2024 , 15:46
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 may 2024 , 15:38
Azərbaycanda məktəb direktoru işdən QOVULDU

Azərbaycanda məktəb direktoru işdən QOVULDU

21 may 2024 , 15:09
Qədim dünyada qadınlar  - Rezonanslı ARAŞDIRMA

Qədim dünyada qadınlar - Rezonanslı ARAŞDIRMA

21 may 2024 , 14:32