TQDK-dan bakalavra xəbərdarlıq
27 avqust 2012 18:57 (UTC +04:00)

TQDK-dan bakalavra xəbərdarlıq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2012 - 2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 13-də TQDK-nın internet saytında yerləşdirilib və qəbul olunan bakalavrların siyahısı “Magistr” jurnalının 7-ci sayında dərc olunub.



Müsabiqə nəticəsində 346 nəfər bakalavr magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olunanlar avqustun 15-dən 24-dək sənədlərini qəbul olunduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməli idilər. Beləliklə, qeydiyyat üçün ayrılmış müddət avqustun 24-də başa çatıb. Qeydiyyat üçün ayrılmış müddətdə 346 bakalavrdan 261 nəfəri qəbul olunduğu ali təhsil müəssisəsində qeydiyyatdan keçib, 85 nəfəri isə qeydiyyatdan keçməyib.



TQDK qeydiyyatdan keçməyən bakalavrların nəzərinə çatdırır ki, verilmiş müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
# 1879

Oxşar yazılar