Kadırov Putinə Zelenskini öldürəcəyinə söz verib -  İDDİA
21 aprel 2022 16:47 (UTC +04:00)

Kadırov Putinə Zelenskini öldürəcəyinə söz verib - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov Ukraynaya hücum planlaşdırarkən Rusiya prezidenti Vladimir Putinə Vladimir Zelenskini məhv edəcəyinə söz verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. 

"Yüksək rəhbərliyimizin məhvi ilə bağlı planı Kadırov fevralın 3-də Putinlə görüşü zamanı alıb. Bu görüşdə prezidentimizin məhvi planı razılaşdırılıb və Kadırov öz qrupunun bunu edəcəyini üzərinə götürüb”, - Danilov vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı “bu prosesləri izləyib”.

“Fevralın 26-da 3 qrup ölkəmizin ərazisinə daxil olub. Onların fevralın 24-də gəlməməsinin səbəbi Kiyevin mərkəzi məhəlləsinə yaşıl dəhliz açılması üçün iki gün gözləmələri ilə bağlı olub. Bu qrupun hər üçünü izləmişik. Onlardan biri hərbçilərimiz tərəfindən məhv edilib. Daha sonra iki qrup ölkəmizin ərazisini tərk edib. Bu gün biri Donetsk vilayətinin, digəri Mariupol şəhərinin ərazisində yerləşir, lakin onlar ön sıralarda deyil, tamamilə təhlükəsiz olan üçüncü və ya dördüncü eşelondadırlar”, - Danilov deyib.

Prezident Vladimir Zelenski fevralın 25-də ukraynalılara müraciətində bildirib ki, Rusiya onu fiziki cəhətdən aradan qaldırmaq istəyir.

# 2358
avatar

Oxşar yazılar