Azərbaycana dair “Cekson-Venik düzəlişi” ləğv oluna bilər
ABŞ Konqresinə düzəlişin ləğvini nəzərdə tutan qanun layihəsi təqdim olunub
ABŞ Konqresi Nümayəndələr Palatasının Avropa üzrə Alt Komitəsinin sədri və Xarici Əlaqələr Komitəsinin üzvü, konqresmen Robert Veksler və Nümayəndələr Palatasının üzvü, Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, konqresmen Bil Şuster “Cekson-Venik düzəlişi”nin Azərbaycana münasibətdə ləğvini nəzərdə tutan qanun layihəsi təqdim ediblər.
Bu barədə APA-nın ABŞ bürosuna Azərbaycanın Vaşinqtondakı səfirliyindən məlumat verilib. Konqresmenlər hesab edirlər ki, ABŞ-ın strateji təhlükəsizlik və enerji tərəfdaşı olan Azərbaycan çoxdan emiqrasiya azadlığı tələblərinə dair öhdəliklərini yerinə yetirib və Konqres Azərbaycana dair “Cekson-Venik düzəlişi”nin tələblərini aradan qaldırmalıdır.
Qeyd edək ki, 1974-cü il ABŞ Ticarət Aktına əlavə edilmiş “Cekson-Venik düzəlişi” emiqrasiya hüquqlarını məhdudlaşdıran müəyyən ölkələrə münasibətdə ən əlverişli ticarət rejiminin tətbiqini qadağan edir.
Konqresmen Veksler deyib: “Mən ABŞ-ın Qafqazda ən vacib strateji müttəfiqlərindən biri olan, emiqrasiya azadlığı tələblərinə uyğun bütün öhdəlikləri yerinə yetirmiş və bu öhdəliklərin yerinə yetirilməsini davam etdirən Azərbaycana dair “Cekson-Venik düzəlişi”nin ləğvini tam dəstəkləyirəm. Bu qanun layihəsinin qəbul olunması Amerikanın Azərbaycanla enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və ticarət də daxil olmaqla digər sahələrdəki əməkdaşlığın gücləndirilməsi niyyəti haqda mühüm mesaj olacaq”.
“Azərbaycanla strateji əlaqələrin inkişaf etdirilməsi naminə mən, Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupunun həmsədri kimi Konqresmen Vekslerlə işləməyi səbirsizliklə gözləyirəm”. Bunu isə konqresmen Şuster söyləyib.
“Azərbaycan terrorizmə qarşı mübarizədə əvəzsiz müttəfiqdir. Bununla yanaşı, Azərbaycanın şimaldan Rusiya, cənubdan isə İranla həmsərhəd olması onu əsas strateji müttəfiq edir. Azərbaycan, həmçinin, dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə malikdir və Qafqazda ticarət tərəfdaşı kimi mühüm rolu oynamaqda davam edəcək. Bu qanun layihəsi münasibətlərimizin inkişafı üçün vacibdir”, - deyə Şuster vurğulayıb.

Oxşar yazılar
Putindən Qərb ölkələrinə “QORXULU XƏBƏRDARLIQ”
16 avqust 2022 , 13:34
“İmam Hüseyn üçün ağlayıb-sızlamaq olduqca anormal haldır” - Rafiq Əliyev
15 avqust 2022 , 16:30
İlham Əliyevdən Qarabağ ermənilərinə MESAJ: "Nə status olacaq, nə də hansısa xüsusi imtiyaz"
12 avqust 2022 , 19:00
Prezident “Qisas” əməliyyatından DANIŞDI
12 avqust 2022 , 17:15
Sosial şəbəkələrdə paylaşım edən daha iki hərbçi ordudan çıxarıldı
12 avqust 2022 , 09:15
Uşaqlıqdan “Hoca” olan, küçədə alver edən, futboldan siyasətə gələn adam - ONU TANI
10 avqust 2022 , 20:15
Azərbaycan və Türkiyə prezidentləri Konyada görüşdü
10 avqust 2022 , 00:48