“ABŞ-Azərbaycan münasibətləri Buş dövründə daha yüksək səviyyədə idi”
Cənubi Qafqaz məsələləri üzrə analitik, Şimali Dakota Dövlət Universitetinin dosenti Tomas Ambrosionun APA-nın Vaşinqton müxbirinə müsahibəsi
- ABŞ və Azərbaycan prezidentlərinin görüşündən sonra iki ölkə arasında münasibətləri necə dəyərləndirirsiniz? Azərbaycan ABŞ-dan nə gözləyə bilər?
- Bu cür görüşlər həmişə keçirilir və Ağ Evin bəyanatından da aydın olur ki, bu diplomatik bir görüş olub.
Ağ Ev Buş administrasiya dövründə Azərbaycanla yaradılan alyansdan indi bir qədər uzaqlaşıb. Maraqlıdır, görəsən bu administrasiya tərəfdən narahatlığın səmimi ifadəsidir, yoxsa münasibətlərdəki soyuqluğun davam edəcəyinə bir işarədir?
- Prezident Obama bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi Ağ Evin diqqətində olacaq. Vaşinqtondan bu məsələ ilə bağlı nə gözləmək olar?
- Ağ Evin bəyanatından belə çıxır ki, bu, prioritet məsələdir. Amma əgər bütün məsələlər prioritetdirsə, deməli heç nə prioritet deyil. Ermənistan və Türkiyə arasında sülhyaratma prosesi, həmçinin İsrail-Fələstin münaqişəsi ilə müqayisədə bu məsələ ilə bağlı administrasiya tərəfdən həqiqi, fəal diplomatik fəaliyyət görmürəm. Ağ Ev Minsk Qrupu prosesini dəstəkləyir, amma bu əslində status-kvonun dəstəklənməsidir. Çox ehtimal ki, 15 ildən artıqdır, fəaliyyət göstərən Minsk Qrupunun görüşləri hələ də davam edəcək.
- Bundan sonra Azərbaycanın ABŞ üçün rolu nədən ibarət ola bilər? İkitərəfli münasibətlərin gələcəyini necə görürsünüz?
- Obama administrasiyası məsələyə diplomatik yanaşır. ABŞ və Azərbaycan arasında münasibətlər Buş dövründə daha yüksək səviyyədə idi. Mən Obamanın Ağ Evə sahibliyi dövründə münasibətlərin həmin nöqtəyə çatacağını fikirləşmirəm.

Oxşar yazılar

Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11