Dünya dövlətlərin liderləri arasında koronavirüsdən ilk ölüm qeydə alınıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, COVID-19-dan ilk ölən Afrikadakı Esvatini dövlətinin baş naziri Mandvulo Ambrouz Dlaminidir.
52 yaşlı siyasətçidə koronavirus noyabrın ortalarında aşkar olunub. Lakin o zaman deyilmişdi ki, xəstəliyin heç bir əlaməti hiss olunmur və özünü yaxşı hiss edir. Dlamininin vəziyyəti dekabrın əvvəlində kəskin ağırlaşıb və onu qonşu Cənubi Afrika Respublikasındakı xəstəxanalardan birinə yerləşdiriblər. Baş nazir orada iki həftəyə yaxın keçirib, sonra orada da vəfat edib.