Gündə nə qədər yumurta yemək olar?
02 dekabr 2022 10:00 (UTC +04:00)

Gündə nə qədər yumurta yemək olar?

Amerikalı alimlər gündə bir yumurtanın ürək-damar xəstəlikləri riskini artırmadığını sübut ediblər.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, tədqiqat zamanı məlum olub ki, insanlar adətən həftədə 5 ədəd yumurta yeyirlər. Bu miqdarda yumurta miokard infarktı, ürəyin işemik xəstəliyi və insult riskini artırmır.

Yumurta istehlakı ilə ürək-damar riski arasında əlaqə yalnız 2-ci tip diabeti olan insanlar üçün aşkar edilib. Orta hesabla, insanların çoxu gündə bir dənədən çox yumurta yemir. Səhər yeməyində iki yumurta yemək olar.

Bundan əlavə, tədqiqatçılar 1,7 milyon insanın yumurta yemək vərdişlərini birlikdə araşdıran 28 Avropa, Amerika və Asiya tədqiqatının meta-analizini aparıblar. Bu tədqiqatların məlumatları da təsdiqləyir ki, gündə bir yumurta ürək sağlamlığına heç bir mənfi təsir göstərmir.

Asiya tədqiqatlarında yumurta istehlakı ürək-damar xəstəlikləri riskinin müəyyən qədər azalması ilə əlaqələndirilib.

# 2367
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Burun əməliyyatından sonra 11 qızıl QAYDA

Burun əməliyyatından sonra 11 qızıl QAYDA

4 fevral 2023 , 17:50
Koronavirusa yeni yoluxma STATİSTİKASI: ölən var

Koronavirusa yeni yoluxma STATİSTİKASI: ölən var

4 fevral 2023 , 16:57
Soda ilə dişləri təmizləməyin - Həkimdən XƏBƏRDARLIQ

Soda ilə dişləri təmizləməyin - Həkimdən XƏBƏRDARLIQ

4 fevral 2023 , 16:33
Səhərlər bunları etsəniz, sürətlə ARIQLAYACAQSINIZ

Səhərlər bunları etsəniz, sürətlə ARIQLAYACAQSINIZ

4 fevral 2023 , 15:20
Bu təzyiq dərmanı yaşlanmanı GECİKDİRİR

Bu təzyiq dərmanı yaşlanmanı GECİKDİRİR

4 fevral 2023 , 14:51
Xərçəngin hansı növü insanı öldürmür ?

Xərçəngin hansı növü insanı öldürmür?

4 fevral 2023 , 11:53
Diş üçün zərərli şirniyyatlar hansılardır? - STOMOTOLOQ AÇIQLADI

Diş üçün zərərli şirniyyatlar hansılardır? - STOMOTOLOQ AÇIQLADI

4 fevral 2023 , 09:09
Ağızda  quruluğun   yaranmasının SƏBƏBLƏRİ

Ağızda quruluğun yaranmasının SƏBƏBLƏRİ

3 fevral 2023 , 19:52