Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzusu insanların gün ərzində nə qədər şokolad yeməsi ilə bağlıdır.
Əksər insanların imtina edə bilmədiyi qidalardan biri də şokoladdır. Amma danılmazdır ki, şokoladı çox sevsək də, onun orqanizmimiz üçün zərərləri tərəfləri də az deyil.
Bəs, gündə nə qədər şokolad yeməliyik?
Araşdırmalara görə, gündə sağlamlıq və bədənə zərər vermədən ancaq 20 qr tünd şokolad yeyə bilərsiz.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həkim qastroenteroloq Nuriya Danilova gün ərzində maksimum şokolad dozunu açıqlayıb.
"Tünd təbii şokoladda 50% kakao var. Gündə bir plitka şokolad yemək olduqca zərərlidir. Gün ərzində 20-30 qram şokolad sağlam insan üçün normadır. Onu da birdəfəyə yemək olmaz. Şokoladı əsas yeməkdən 15 dəqiqə sonra yemək lazımdır. Çay yanında 1 tikə şokolad və ya konfet yetərlidir. Bu zaman qanda kəskin şəkər artımından qorunmaq olar. İşdə fasilələrdə tez-tez çay və qəhvə ilə şirniyyat yemək diabetə səbəb olacaq. Adətən stress, xroniki yuxusuzluq və depressiyada olanda orqanizm şirniyyat tələb edir", deyə o qeyd edib.