COVID-19 pandemiyasının yaranma səbəbi tapılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da təklif edilən bir araşdırma ilə fövqəladə vəziyyət səbəbindən koronavirus meydana gəlib.
ABŞ Senatının Səhiyyə, Təhsil, Əmək və Pensiya Komitəsinin hesabatına əsasən, koronavirus pandemiyası çox güman ki, tədqiqatla bağlı insident nəticəsində baş verib.
Hesabatda deyilir:
“İctimaiyyət üçün açıq olan məlumatların təhlilinə əsasən, COVID-19 pandemiyasının çox güman ki, tədqiqatla bağlı insident nəticəsində baş verdiyi qənaətinə gəlmək ağlabatan görünür”.
Birləşmiş Ştatlar dəfələrlə COVID-19-un Çinin Uhan şəhərindəki bir laboratoriyada yarandığını iddia etsə də, Pekin bu iddiaları rədd edib.