Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya səfər edəcək.
Lent.az-ın Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfər zamanı Prezident İlham Əliyev yanvarın 14-də ukraynalı həmkarı Vladimir Zelenski ilə görüş keçirəcək.
Danışıqlar zamanı ikitərəfli münasibətlərin inkişafı müzakirə olunacaq.
Görüşdən sonra iki dövlət başçısı mətbuat nümayəndələrinin sullarını cavablandıracaq.