Qalib Leyla Əliyeva oldu
19 yanvar 2013 07:48 (UTC +04:00)

Qalib Leyla Əliyeva oldu

Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün təşkil edilən milli seçim turunun dördüncü yarımfinalçısı məlum olub.


Lent.az-ın məlumatına görə, İctimai TV-nin canlı yayımında 8 nəfər öz gücünü sınayıb.

Tamaşaçıların və münsiflərin səsverməsinin nəticələrinə əsasən, milli seçim turunun dördüncü həftəsinin qalibi Leyla Əliyeva olub. O, tamaşaçıların səsverməsinə görə, 2832 səs toplayaraq ikinci olsa da, münsiflərin 12 səsi ilə birinci yerə çıxaraq, yarımfinala vəsiqə qazanıb.

Digər iştirakçıların səs sayı belə olub:
2.Səbinə Şahməmmədova (tamaşaçı 3027), (münsiflər 8)
3.Xana Həsənova (2634), (10)
4. Aydan Nurəlizadə (1452) ,(7)
5. Boris Bayramov 533 səslə (6)
6.Elgün Hüseynov 255 səslə (5)
7. Rövşən Əzizov 144 səslə (4)
8.Ağamehdi Mirzəyev 139 səslə (3)


Qeyd edək ki, milli secim turunun əvvəlki həftələrinin qalibləri - Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadiyeva olub.

 

Xatırladaq ki, ümumilikdə 80-ə yaxın namizəd “Eurovision 2013” –də Azərbaycanı təmsil etmək uğurunda mübarizə aparacaq. Təmsilçimiz həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşəcək. 8 həftə davam edəcək ilk turdan 8 namizəd yarımfinala vəsiqə qazanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2755

Oxşar yazılar