Bu da Şəki xanının qalıqları - FOTOLAR  + VİDEO  - YENİLƏNİB
08 iyul 2021 00:01 (UTC +04:00)

Bu da Şəki xanının qalıqları - FOTOLAR + VİDEO - YENİLƏNİB

Xəbərə "ARB" televiziyasında yayımlanan süjet əlavə edilib.

***

Şəkidə Xan məscidində Məhəmmədhüseyn xan Müştaqa məxsus olduğu ehtimal edilən qəbirin aşkarlanması barədə xəbər vermişdik. 

Lent.az xanın qalıqlarının görüntülərini əldə edib. 

Görüntülərdən belə məlum olur ki, mərhum İslam adət-ənənəsi ilə üzü qibləyə dəfn edilib. 

Qəbirin içərisindən ağ və qara rənqli muncuqlar aşkar edilərək götürülüb. Bu muncuqların xanın təsbehinə aid olduğu güman edilir. 

Lent.az xanın qalıqlarının fotolarını təqdim edir: 

***

7 iyul saat 12:00

Şəkidə Xan məscidində Məhəmmədhüseyn xan Müştaqa məxsus olduğu ehtimal edilən qəbir açılıb.

Bu barədə Lent.az-a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib.

O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyəti üzrə təhvil verilib:

“Ehtimal edirik ki, sözügedən qəbir Məhəmmədhüseyn xana məxsusdur. Ancaq bu ekspertizadan və araşdırmalardan sonra təsdiqini tapa bilər”.

Xatırladaq ki, bu barədə ilk məlumat Lent.az-da yayımlanıb.

Əlavə edək ki, Məhəmmədhüseyn xan Müştaq 1759–1780-cı illərdə Şəki xanı olub. Onun qəbri iyulun 2-də Şəki Xan məscidinin içində, 1-ci mehrabın qarşısında, 1-2 metr qərb tərəfdə tapılıb. 

# 38781
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar