Eldar Qasımov “Qorxma, mən səninləyəm” filminin davamında çəkiləcək
Lent.az-ın məlumatına görə, bunu “Exo Moskvı” radiostansiyasının “Difiramb” verilişinin qonağı olan müğənni, bəstəkar, xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.
Veriliş boyu yaradıcılığı, bəstələri barədə danışan, dinləyicilərin suallarını cavablandıran P. Bülbüloğlu 1981-ci ildə Yuli Qusmanın quruluş verdiyi “Qorxma, mən səninləyəm” filminin davamı haqda da danışıb. O bildirib ki, filmdə üçlük - Polad Bülbüloğlu, Muxtarbəy Kantemirov və Lev Durov illər sonra yenidən bir araya gələcək. Baş rollardan birini isə Azərbaycanın “Eurovision-2011” təmsilçisi Eldar Qasımov oynayacaq. Bəstəkar özü isə film üçün mahnı bəstələyəcək.
Polad Bülbüloğlu onu da qeyd edib ki, artıq Yuli Qusman Bakıdadır. Avqustun 23-də filmin çəkilişlərinə start veriləcək.
Xəyalə

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23