Seyran Cəfərliyə 100-cü mükafat Polşadan gəldi – FOTO
Müsabiqə barədə Lent.az-a məlumat verən Seyran Cəfərlinin sözlərinə görə, 13-cü “Debuit” Beynəlxalq Karikatura Yarışmasının mövzusu “Kitabxana” olub. Yarışmaya 51 ölkədən 334 karikaturaçı 743 əsərlə qatılıb. Karikaturaçımızın əsəri münsiflər heyəti tərəfindən seçilərək, Polşa Karikatura Muzeyinin xüsusi mükafatına layiq görülüb. Bu, Seyran Cəfərlinin indiyədək qazandığı sayca 100-cü mükafatdır.
Bundan öncə isə o, Çexiyada keçirilən 9-cu Beynəlxalq Karikatura Yarışmasında ilk 5 yerdən birini tutub. 5 qitədən 57 ölkənin 281 karikaturaçısının 942 əsərlə qatıldığı müsabiqədə S. Cəfərlinin karikaturası 400 avro pul mükafatı və xüsusi diplomla mükafatlandırılıb.
Hazırda isə karikaturaçımız Çində baş tutacaq nüfuzlu AYACC Beynəlxalq Karikatura Yarışmasına hazırlaşır. Müsabiqənin münsiflər heyətində yer alan Seyran Cəfərli avqustun 22-də Çinin Guanji şəhərinə yola düşəcək.
Xəyalə

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23