Dünyada ilk: Bakıda ailə teatrları festivalı keçiriləcək – EKSKLÜZİV
Bakı Uşaq Teatrı növbəti yeni layihəsi üzərində işlərə başlayıb. Dünyada analoqu olmayan bu yeni layihə ailələr arasında teatr festivalı keçirməklə bağlıdır.
Teatrın bədii rəhbəri-direktoru İntiqam Soltanın Lent.az-a verdiyi məlumata görə, festivalın təşkil olunmasında məqsəd ailələrin bütün üzvlərində teatra marağı artırmaq, incəsənətin bu sahəsinin şəxsiyyətin formalaşmasında önəmini göstərməkdir. Ailə üzvlərinin birgə yaradıcı işə qoşulması eyni zamanda ailədaxili münasibətlərin tənzimlənməsinə, mövcud problemlərin həlli yollarının tapılmasına dəstək ola bilər: “Belə bir layihə nəinki Azərbaycanda, digər ölkələrdə belə keçirilməyib. Hətta mən internetdə ailə teatrı sözünə də rast gəlmədim. Əgər biz bu festivalı təşkil etsək, onda Azərbaycan bütün dünyada bir ilkə imza atmış olacaq”.
Hazırda festivalın əsasnaməsi üzərində iş gedir, Mədəniyyət və Turizm Nazirliyinə müraciət hazırlanır.
Layihəyə sentyabr ayında start veriləcəyini deyən İntiqam Soltanın sözlərinə görə, istənilən ailə öz üzvlərindən ibarət teatr truppası yaradaraq və tamaşa hazırlayaraq festivala qatıla biləcək. Festival bir neçə mərhələdən ibarət olacaq. Əvvəlcə layihənin koordinatoru, teatrın yazarı Arzu Soltanın rəhbərliyi ilə festivalda iştirak etmək istəyən ailələr qeydiyyata alınacaq. Sonra onlar üçün seminar və məşğələlər təşkil olunacaq. Bundan sonra ailə teatrları festivala nə ilə qatılacaqlarına qərar verəcəklər. Mövzu seçimi sərbəstdir. Növbəti mərhələdə tamaşalar hazırlanacaq. Bütün mərhələlərdə Bakı Uşaq Teatrının kollektivi ailə teatrlarına kömək göstərəcək. Tamaşaların qurulması, musiqi, dekorasiya, geyim seçimi və s. ilə bağlı məsləhətlər veriləcək.
Sonda müsabiqə və festival baş tutacaq. Tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyətinin seçdiyi ailə teatrlarına hədiyyələrin də verilməsi planlaşdırılır.
Xəyalə Muradlı

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23