Əbülfəs Qarayev rumın həmkarını qəbul edib
Lent.az-ın məlumatına görə, görüşdə Ə. Qarayev Rumıniya prezidentinin Azərbaycana səfərini xatırladaraq, hər iki dövlətin rəhbərlərinin mədəni əlaqələrin inkişafında maraqlı olduğunu deyib. Bildirib ki, 2006-cı ildə Azərbaycanla Rumıniya arasında hökumətlərarası saziş mədəni əlaqələrin inkişafında yeni mərhələnin başlanmasına təkan verib. Nazir böyük rumın bəstəkar İoneskonun Bakıda heykəlinin ucaldılmasının Azərbaycanın rumın mədəniyyətinə münasibətinin bariz nümunəsi olduğunu söyləyib. Ə.Qarayev iki ölkə arasında turizm sahəsindəki əlaqələrə də toxunub. Qeyd edib ki, Azərbaycanın Mingəçevir Turizm Kolleci ilə Rumıniyanın Braşov Turizm Kolleci arasında müsbət əməkdaşlıq mövcuddur.
Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen yüksək səviyyəli qəbula görə həmkarına təşəkkür edib və “Eurovision” yarışmasında Azərbaycanın qalibiyyətinə Əbülfəs Qarayevi təbrik edib. Mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını deyən H. Keleman mütəmadi birgə mədəni tədbirlərin keçiriləcəyinə əminliyini də vurğulayıb.
Sonra görüş mətbuat nümayəndələrinin iştirakı olmadan davam etdirilib.
Qeyd edək ki, görüşdən öncə nazir Hunor Kelemen Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. Qonağın İncəsənət Muzeyinə baxış keçirməyi, İçərişəhər Dövlət Qoruğu ilə tanış olmağı, həmçinin Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etməyi də planlaşdırılır.
Rumıniyanın mədəniyyət və milli irs nazirinin Azərbaycana səfəri iyulun 31-də başa çatacaq.
Xəyalə Muradlı

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23