
“Kinomuzun dünəni, bu günü, sabahı”
Disput Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi İctimai Birliyi tərəfindən Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Sumqayıtın Tarixi Muzeyinin konfrans zalında təşkil ediləcək. Təşkilatdan Lent.az-a verilən məlumata görə, tədbirin əsas məqsədi 2 Avqust Milli Kino Günü ilə bağlı kinomuzun bu günü, gələcək inkişaf perspektivləri, problemləri barədə söhbət aparmaq, dəvət olunan görkəmli sənətkarlarımız, kino xadimlərimizlə auditoriya arasında birbaşa kontakt yaratmaq, fikir mübadiləsi aparmaq, həmçinin gənc rejissor və aktyorlarla əvvəlki nəsil sənətkarları arasında varislik prinsirlərinin inkişaf meyllərini çözməkdir. Tədbirdə gənc rejissor Fariz Əhmədovun Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran” layihəsi çərçivəsində çəkdiyi “Bir addım” qısametrajlı filminin də nümayişi təşkil olunacaq.
Qonaqlar sırasında xalq artistləri Amaliya Pənahova, Nurəddin Mehdixanlı, rejissor Rövşən Almuradlı, Bakı Bələdiyyə Teatrının gənc aktyoru İlqar Musayev və digərləri olacaq.
Xəyalə
Qonaqlar sırasında xalq artistləri Amaliya Pənahova, Nurəddin Mehdixanlı, rejissor Rövşən Almuradlı, Bakı Bələdiyyə Teatrının gənc aktyoru İlqar Musayev və digərləri olacaq.
Xəyalə
Oxşar yazılar

Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34