Malayziyada «Müsəlman gözəli» müsabiqəsi
19 sentyabr 2013 01:07 (UTC +04:00)

Malayziyada «Müsəlman gözəli» müsabiqəsi

Sentyabrın 18-də İndoneziyanın paytaxtında müsəlman qadınlar arasında gözəllik yarışının final mərhələsi başlayıb.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, yarışa İran, Malayziya, Bruney, Banqladeş, Nİgeriya və İndoneziyadan 20 qadın qatılıb.

Yarış iştirakçıları Qurandan surələr oxuyacaq, ənənəvi müsəlman geyimlərini nümayiş etdirəcəklər. «Biz övladlarımıza alternativ seçimin olduğunu göstərmək istəyirik. Gözəl olmaq çılpaq çiyinləri və əlləri, saçı göstərmək deyil» -deyə, müsabiqənin təşkilatçısı Eka Şanti bildirib.

Xatırladaq ki, sentyabrın 8-də İndoneziyanın Bali adasında «Dünya gözəli -2013»-ün açılış mərasimi ölkənin müsəlman təbəqəsi tərəfindən etirazla qarşılanıb.

 

# 1487
avatar

Oxşar yazılar