95 yaşlı atlet:«Harada və nə vaxt ölməyi özüm seçirəm»
08 yanvar 2014 07:22 (UTC +04:00)

95 yaşlı atlet:«Harada və nə vaxt ölməyi özüm seçirəm»

Belçikanın ən yaşlı atleti, 95 yaşlı Emiel Pauels harada və nə vaxt öləcəyini özü müəyyənləşdirmək istəyir.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Het Laatste Nieuws» qəzeti bildirib.

 

2013-cü ildə veteranlar arasında  60 metr məsafə qaçışda Avropa çempionu olan E.Pauels mədə və bağırsağındakı xərçəngdən əziyyət çəkir.

 

«Mən heç bir təəssüf hiss keçirmirəm. Əzab çəkməmək üçün evtanaziyanı (könüllü ölüm üsulu) seçdim. Ölümdən zərrəcə qorxum yoxdur. Dünyanın yaxşı həyat sürmüşəm hissi ilə tərk edəcəyəm. Kim istəməz ki, şampanla yaxın çevrəsinin əhatəsində belə sonluğu olsun?»

 

 

O, qaçışla 14 yaşından məşğul olmağa başlayıb. 16 yaşında ilk qaçışını edib. İlk ciddi qələbəsini 3 il öncə qazanıb. 

# 1368
avatar

Oxşar yazılar