Faiq Ağayevdən ad günü paylaşımı - Bundan sonra da belə olacaq
29 dekabr 2022 13:28 (UTC +04:00)

Faiq Ağayevdən ad günü paylaşımı - Bundan sonra da belə olacaq

Dekabrın 29-da  Xalq artisti Faiq Ağayevin 51 yaşı tamam olur.

Lent.az-ın xəbərinə görə, müğənni sosial şəbəkə hesabında paylaşım edərək  “Budur, artıq 29 dekabr gəldi! Ad günümdə sizinlə sevə-sevə görüşə gəlirəm. Hörmət, rəğbət və səmimi məhəbbətinizə layiq olmağa daima var gücümlə çalışmışam.

Bundan sonra da belə olacaq. Çünki əvəzsiz, qiymətli, hava, su qədər vacibsiniz mənim üçün!

Yaxşı ki, varımsınız! Təbriklərə görə təşəkkür, əzizlərim!” sözlərini yazıb.

O bildirib ki, 29 dekabrda ad günü münasibətilə bir neçə televiziya proqramına qatılacaq.
 

# 2205
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar