Eşton Kutçer Demi Murla  boşanmalarından   danışdı
02 fevral 2023 18:03 (UTC +04:00)

Eşton Kutçer Demi Murla boşanmalarından danışdı

2005-ci ildə evlənən Hollivud ulduzları Eşton Kutçer və Demi Mur 2013-cü ildə boşanmışdılar.

Lent.az-ın xəbərinə görə, bu günlərdə “Esquire” jurnalına müsahibə verən Eşton Kutçer Demi ilə yaşadığı illər və övlad sahibi olmaq istəyi barədə danışıb.  

“Uşaqları dəhşətli dərəcədə sevirəm. Əgər uşaqları bu qədər sevməsəydim, 3 uşaqlı bir qadınla evlənməzdim. Bryus Uillis və Demi Murun birgə nikahından doğulmuş 3 qıza yaxşı ata olmağa çalışırdım. Demi yenidən hamilə olanda sevindim. Amma o uşağı itirdik. Bu çox acı bir duyğu idi. Sonra arzulasaq da, yenidən övlad sahibi ola bilmədik”, - deyən Eşton boşanmanın ona çox ağır təsir etdiyini bildirib.

“Boşanmaq o deməkdir ki, sən ailəni qoruyub saxlamağı bacarmadın. Bu kişi üçün xüsusilə utancvericidir”,- aktyor bildirib.

Eşton Kutçer hazırda aktrisa Mila Kunis ilə evlidir və iki övladı var.

# 2316
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Aktyordan xanımına söz atan  müxbirə mükəmməl cavab

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

25 aprel 2024 , 17:50
Hollivud filmləri  tamaşaçıları aldatdığına görə tənqid edildi

Hollivud filmləri tamaşaçıları aldatdığına görə tənqid edildi

25 aprel 2024 , 13:48
“Dünyanı pulsuz gəzirik” - Sevda Yahyayeva

“Dünyanı pulsuz gəzirik” - Sevda Yahyayeva

25 aprel 2024 , 12:31
Şəbnəm Tapdıq alman sevgilisindən  danışdı

Şəbnəm Tapdıq alman sevgilisindən danışdı

25 aprel 2024 , 10:52
Məşhur aktyor Hollivuda  qayıtmayacağını   bildirdi

Məşhur aktyor Hollivuda qayıtmayacağını bildirdi

24 aprel 2024 , 20:49
Gənc reperə ölüm hökmü  verildi

Gənc reperə ölüm hökmü verildi

24 aprel 2024 , 18:01
Qocalar evində qalan Alen Delonun son fotosu

Qocalar evində qalan Alen Delonun son fotosu

24 aprel 2024 , 16:33
Bahar həmkarına QARĞIŞ ETDİ

Bahar həmkarına QARĞIŞ ETDİ

24 aprel 2024 , 15:49