Alişan aktrisa xanımına qadağa qoyub : "İndi filmlərdə doğrudan öpüşürlər"
24 noyabr 2023 15:11 (UTC +04:00)

Alişan aktrisa xanımına qadağa qoyub: "İndi filmlərdə doğrudan öpüşürlər"

Müğənni və aktyor kimi tanınan Alişan arvadı, aktrisa Busə Varola qoyduğu qadağa barədə danışıb. O qeyd edib ki, Busə çəkildiyi heç bir filmdə öpüşmə səhnəsinə çəkilməyəcək.

“İndi film və seriallarımızda əvvəlki kimi yalandan, rol üçün öpüşmürlər. Gerçəkdən öpüşüb sevişirlər. Biabırçı vəziyyət  yaranıb. Mənim xanımım, övladımın anası belə bir rola çəkilə bilməz. Özü də istəmir, mən də razı deyiləm. Mən manyakammı arvadımın başqa bir kişi ilə sevişməsini seyr edim?”,- deyə o bildirib.

Alişan bildirib ki, özü də belə səhnələrə çəkilmir.

“Aktyor yalnız  yataq səhnələrinə çəkilən adam deyil. Ssenariyə baxırıq, seçib, seçməmək haqqımız var. Bunu qəbul etmirəmsə, mən aktyor deyiləm, geridə qalmış düşüncələrim var? Belə deyəcəklərsə, qoy desinlər”,- deyə o əlavə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7011
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar