Tanınmış “qanuni oğru”  AZADLIQDA – Ömründə heç vaxt...
02 fevral 2024 11:20 (UTC +04:00)

Tanınmış “qanuni oğru” AZADLIQDA – Ömründə heç vaxt...

İtaliyada 44 yaşlı kutaisili “qanunu oğru”, kriminal dairələrdə daha çox “Aleko” ləqəbi ilə tanınan Aleksandr İmedadze altı aylıq həbs cəzasından azad edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ötən yayın sonunda Empolidə saxlanılıb.

Qeyd edək ki, Aleko 2001-ci ildə taclandırılıb. Onu oğru dünyasında yaxşı tanınan Giya Nizharadze və Saçino Qeqeçkori taclandırıb. Kutaisidəki taclandırma mərasimində həmin iki nəfərdən başqa oğrular da olub. Bunlar Malxaz Mindadze, Tariel Potsxveria, Amiran Sopromadze, eləcə də “ümumittifaq miqyaslı oğru” Anzor Xutişvili idi.

Oğru kimi təsirli karyerasına baxmayaraq, Alekonun adı nadir hallarda eşidilir. Tanıyanlar Alekonu yaşını aşmış mədəniyyətli, çox oxuyan və müdrik bir insan kimi xarakterizə edirlər. İmedadzeni qardaşlarının əksəriyyətindən yaxşılığa görə fərqləndirən digər nadir üstünlüyü odur ki, o, ömründə heç vaxt narkotik maddə istifadə etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7887
avatar

Cavidan HUN

Oxşar yazılar