Qızını əlləri ilə boğub öldürən ata MƏHKƏMƏDƏ
16 fevral 2021 09:30 (UTC +04:00)

Qızını əlləri ilə boğub öldürən ata MƏHKƏMƏDƏ

Ötən ilin oktyabr ayında qızını öldürən Məhərrəm İmanquliyevin cinayət işi üzrə ibtidai istintaq tədbirləri başa çatıb.

Lent.az xəbər verir ki, cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Səbuhi Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadiə ötən ilin oktyabrın 31-də saat 21 radələrində Quba rayonunda baş verib. Belə ki, Barlı kənd sakini, 30 yaşlı İmanquliyeva Zeynəb Məhərrəm qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin atası İmanquliyev Məhərrəm Nəsir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq Zeynəb İmanquliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

# 1713
avatar

Mehman Nəbiyev

Oxşar yazılar