Cinayət törədən 63 nəfər tutuldu -  KRİMİNAL XRONİKA
21 sentyabr 2022 10:53 (UTC +04:00)

Cinayət törədən 63 nəfər tutuldu - KRİMİNAL XRONİKA

Sentyabrın  20-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

# 2070
avatar

Sevinc Fərid

Oxşar yazılar