Cəbrayıl sakini "Atletlər kəndi"ndə intihar etdi -  YENİLƏNİB
23 fevral 2021 18:02 (UTC +04:00)

Cəbrayıl sakini "Atletlər kəndi"ndə intihar etdi - YENİLƏNİB

Bu gün Bakının Nizami rayonunda intihar edən şəxsin kimliyi müəyyənləşib.

Lent.az-ın əldə etdiyi məlumata görə, “Koroğlu” metrosu yaxınlığında, “Atletlər kəndi”ndəki binaların birindən özünü atan şəxs 57 yaşlı Cəbrayıl rayon sakini İsmayılov İsa Xasay oğludur. Dülgər işləyən İ.İsmayılovun özünü hündürmərtəbəli binalardan birinin 4-cü mərtəbəsindən atdığı bildirilir.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

***

Saat: 13:23

Bakıda daha bir intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində "Atletlər kəndi"ndəki binalardan birində baş verib. Kimliyi hələ ki bilinməyən şəxs özünü binadan atıb.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub.

# 6660
avatar

Mehman Nəbiyev

Oxşar yazılar