"Azəriqaz"ın növbəti "Açıq mikrofon"u Novxanıda qurulacaq
22 noyabr 2022 12:17 (UTC +04:00)

"Azəriqaz"ın növbəti "Açıq mikrofon"u Novxanıda qurulacaq

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Qurumdan Lent.az-a verilən məlumata görə, SOCAR “Azəriqaz”ın KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Abşeron rayonunda görüşü təşkil olunacaq. Aksiya Novxanı qəsəbəsi, Novxanı bələdiyyəsinin akt zalında baş tutacaq.

“Səyyar qəbul otağı” noyabr ayının 24-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

# 1356
avatar

Fidan İlqar

Oxşar yazılar