“Azəriqaz”da növbəti "Açıq qapı" sabah olacaq
17 noyabr 2022 15:55 (UTC +04:00)

“Azəriqaz”da növbəti "Açıq qapı" sabah olacaq

“Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası noyabrın 18-i saat 11:00-da başlayacaq.

Lent.az xəbər verir ki, aksiya zamanı media nümayəndələrinə Azəriqaz”ın baş direktoru Ruslan Əliyev 10 ayın yekununa dair hesabatı təqdim edəcək.

Aksiya "Facebook" və  "Instagram" sosial şəbəkələri üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

# 1239
avatar

Fidan İlqar

Oxşar yazılar