Neftin qiyməti qalxıb
10 may 2011 10:32 (UTC +04:00)

Neftin qiyməti qalxıb

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət bəzi Avropa ölkələrinin büdcə çətinlikləri ilə bağlı xəbərlər fonunda artıb.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neft 5,37 dollar yüksələrək 102,55 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 6,77 dollar artaraq 115,90 dollara çatıb.
# 491

Oxşar yazılar