Ən bahalı torpaq Nəsimidə, ən ucuzu Pirəkəşküldədir
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi torpaq bazarında apardığı monitorinqin nəticələrini açıqlayıb. Təşkilatdan Lent.az-a verilən məlumata görə, yanvar ayında bazara təklif olunan ümumi 808,1 ha torpaq sahəsinin 76,9%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında qiymət indeksi 5.5 bənd azalaraq 254.6 səviyyəsində qərarlaşıb.
Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası dekabr ayında bir qədər zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.
Aparılan bazar araşdırmaları göstərir ki, şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşması I zonada tələb və təklifin strukturunun dəyişməsi ilə yanaşı, qiymətlərin stabil qalmasına səbəb olub. Söküntü işlərinin azalmasına baxmayaraq I zonada torpağın bazar qiyməti hələ də real dəyərindən baha olaraq qalmaqdadır.
Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 0,8% artaraq 247 günə çatıb. Yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxıb. Bu tendensiya mövsümlə əlaqədar bir qədər də dərinləşib.
Ötən ilin son aylarında olduğu kimi bu ilin yanvar ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 2,1% azalaraq 15086 $/sot səviyyəsindən 14769$/sot səviyyəsinə enib.
Ay ərzində qiymət azalması bütün zonalarda qeydə alınıb. Bu, bütün zonalar üzrə torpağın bazar qiymətinin real dəyərindən çox baha olması ilə bağlıdır. Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Dekabrdan fərqli olaraq yanvarda II zona üzrə qiymət azalması bir qədər dinamik davam edib. Amma III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələb sürətlə azalıb və bu zonalar üzrə qiymətlərin enmə tendensiyası əvvəlki kimi qalıb. III və IV zonalarda torpaq sahələrinin mülkiyyət hüquqlarına dair sənədlərində problemlərin hələ də qalması bu zonalar üzrə qiymət azalmasına təsir göstərir. Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə təsir göstərib. Bütün bunlarla yanaşı torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağı xeyli zəiflədib. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb.
Yanvarda rayonlar üzrə ən çox qiymət azalması Yasamal (-2,4%) rayonunda qeydə alınıb.
Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Nizami rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur. Yanvar ayında torpaq bazarında ən bahalı torpaq sahəsi 190000 $sot Nəsimi (Avropa oteli) rayonunda, ən ucuz torpaq sahəsi isə 350 $sot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.

730