Tikinti materiallarının qiyməti artıb
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tikinti materialları bazarında apardığı növbəti monitorinqin nəticələrin açıqlayıb.
Qurumdan Lent.az-a daxil olan məlumata görə, bu ilin yanvar ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda, 89 çeşiddə tikinti materiallarının qiyməti izlənilib. Araşdırılan məhsullar üzrə respublikada istehsal olunan malların ümumi istehsalda həcmi 53,9% təşkil edib.
Ümumilikdə yanvar ayında araşdırmaya məruz qalan 89 adda məhsuldan 13-ü üzrə qiymət azalması, 13-ü üzrə qiymət artımı, 63-ü üzrə isə stabillik müşahidə edilib. Qiyməti azalan məhsullar ümumi təklif portfelində əsas çəkiyə sahib olan məhsullar olduğundan bazardakı orta qiymətlərdə də azalma qeydə alınıb. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlərdə azalma dekabr ayı ilə müqayisədə 2% təşkil edib.
Yanvar ayı üzrə orta qiymətlərində artım müşahidə edilən tikinti materiallarının siyahısı aşağıdakılardır: Armatur 3,99%, şveller 1,63%, dəmir təbəqə 2,82%, sink təbəqə 4,97%, dam örtüyü 2,12%, plastik boru 4,78%, izolyasiya 7,41%, asma tavan 11,11%.
Ötən ay üçün eyni göstərici üzrə azalma müşahidə edilən tikinti materialları isə: DVP (dikt)- 5,17%, şifer- 2,13%, şüşə- 0,53%, alçipan- 20%, laminat-parket- 6,12%, üzlük daş– 5,26%, şüşə-pambıq- 7,69% olub.
Digər tikinti materiallarının qiyməti yanvar ayında stabil qalıb.
Yanvar ayında istehsal mallarının ümumi qiymət portfelindəki payı idxalı 3 dəfə üstələyib. Aparılan araşdırmalar göstərir ki, yanvarda qiymət azalmasına uyğun olaraq tələbdə də azalma müşahidə olunub. Aylıq nəticə isə belədir ki, ay ərzində tikinti materiallarının orta qiyməti 2% artıb. Ümumilikdə isə tikinti materiallarının qiymətində ötən bir illə müqayisədə 24,3% qiymət artımı qeydə alınıb. Qiymət indeksi isə ötən aya nisbətən 2.6 bənd artaraq 129.1 səviyyəsində qərarlaşıb.

1345