DəmirBank-da əhalinin əmanətlərinin həcmi 64% artıb
24 fevral 2010 14:30 (UTC +04:00)

DəmirBank-da əhalinin əmanətlərinin həcmi 64% artıb

DəmirBank-ın aktivləri 1 fevral 2010-cu il tarixinə 261,6 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 44,3 mln. manat və ya 20,4% çoxdur. Bankın kredit portfelinin həcmi isə il ərzində 19,7 mln. manat artaraq 187,3 mln. manata çatıb.

Bankda müştəri depozitlərinin həcmi 1 fevral 2010-cu il tarixinə 88,5 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi 1 fevral 2010-cu il tarixinə 72,5 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 64,3% və ya 28,4 mln. manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 fevral 2010-cu il tarixinə 18,4 mln. manat, məcmu kapitalı isə 47,9 mln. manat təşkil edib.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1226

Oxşar yazılar