22 kilometrlik dairəvi yol yayda açılacaq
“Bakı Dairəvi-1” avtomobil yolu bu ilin yayında istifadəyə veriləcək. Əsasən, ağır tonnajlı avtomobillərin hərəkəti üçün nəzərdə tutulan yol Biləcəri yoxuşundan başlayaraq, “Lökbatan dairəsi”ni keçməklə Ələt-Qazax yolunun 22-ci kilometrliyinədək olan hissəni əhatə edir.
Nəqliyyat Nazirliyindən Lent.az-a bildiriblər ki, 3 əsas magistral avtomobil yolunu birləşdirən “Bakı Dairəvi-1” ölkənin cənub-qərb bölgəsindən gələn nəqliyyat vasitələrinin Bakıya daxil olmadan birbaşa şimal bölgəsinə və əks istiqamətdə hərəkətini təmin edə biləcək. Bu isə paytaxtda avtomobil tıxaclarının qarşısının əhəmiyyətli şəkildə alınacağı deməkdir.
Nazirlikdə bildirirlər ki, uzunluğu isə 21,5 kilometrlik 6 zolaqlı yolda tikinti işlərinin müəyyən hissəsi artıq yekunlaşıb. Yolun gələcəkdə dağılmasının qarşısını almaq üçün yamacı hissələrdə beton dayaqlar vurulur.
Elxan SALAHOV

637