Dəmir yolu rəisinin yeni müavinləri təyin olundu
23 fevral 2010 13:00 (UTC +04:00)

Dəmir yolu rəisinin yeni müavinləri təyin olundu

İki müavin isə ixtisara düşdü

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də yeni rəhbərlik təyinatları olub. Lent.az-ın dəmir yolundakı mənbələrdən əldə etdiyi məlumatlara görə, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş yeni nizamnaməyə uyğun olaraq Səhmdar Cəmiyyətin yeni sədr müavinləri təyin edilib. Qeyd edək ki, yeni strukturda mövcud olmuş 6 müavin postundan ikisi ixtisar olunub və sədrin 4 müavini saxlanılıb. Yeni strukturda səhmdar cəmiyyətinin sədri Arif Əsgərovun birinci müavini postuna Əlirza Süleymanov, müavinləri isə Qurban Nəzirov (bundan əvvəl baş mühəndis idi), İqbal Hüseynov (iqtisadi məsələlər üzrə) və Etibar Niftəliyevdir (rejim üzrə).

Buna qədər dəmiry yolu rəisinin müavini olmuş Mehdi Mehdiyev başqa vəzifəyə keçirilib. Digər müavin Xeyrulla Hümbətovun isə yaxın vaxtlarda yeni vəzifəyə təyin olunacağı gözlənilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin tabeli departament və birliklərində isə hələ ki rəhbərlik dəyişiklikləri aparılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845

Oxşar yazılar