Torpaq satışı dayanıb
Mənzil tikintisi üçün torpaq alqı-satqısı 2007-ci illə müqayisədə 4 dəfə aşağı daşıb
İqtisadi böhranla müşahidə olunan ötən il ərzində Azərbaycanın əmlak bazarında torpaq dəyərdən düşüb. Belə ki, ötən il Azərbaycanın əmlak bazarında ən çox ucuzlaşma məhz torpaqda qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, torpaqların kəskin ucuzlaşması ötən ilin may ayından başlanıb. Buna səbəb kimi tikinti sektorunda işin həcminin azalması, ipoteka proqramında torpaqların girov kimi qəbul edilməməsi, fərdi yaşayış sahəsinin tikintisinə marağın aşağı olması və digər amillər göstərilir. Bütün bunların nəticəsində torpaqlar bir il ərzində orta hesabla 24,5 faiz ucuzlaşıb. Bəzi ərazilərdə isə qiymət ucuzlaşması bundan da yüksək olub. Məsələn, Bakının ən bahalı torpaq sahələrinin satıldığı Atatürk prospektində qiymətlər iki dəfə azalıb.
Torpağın dəyərdən düşdüyünü və alıcı qıtlığının yarandığını əmlak bazarı üzrə ixtisaslaşmış ekspertlər də təsdiqləyir. "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov Lent.az-a bildirib ki, 2008-ci ildə əmlak bazarında başlamış ucuzlaşma ötən il də davam edib. Bu ilin əvvəlindən isə ucuzlaşma tendensiyası təkrar mənzil sahələrindən başqa torpaq, ilkin yaşayış və kommersiya obyektlərində daha çox müşahidə olunur. Onun sözlərinə görə, yalnız təkrar bazarda təxminən 3 faizə yaxın qiymət artımı qeydə alınıb: “Bunlar isə əsasən ucuz mənzil bazarında müşahidə olunur. Yəni təxminən 50-70 min ABŞ dollarına satılan mənzillərdə bahalaşma olub. Digər sahələrdə isə ucuzlaşma davam edir və hazırda bu göstərici 1 faizə yaxındır”.
Nüsrət İbrahimov deyir ki, ötən il ərzində torpaq sahələri 24 faizdən çox ucuzlaşıb. Bu səbəbdən torpaq alıcılarının sayı əhəmiyyətli şəkildə azalıb: “Əvvəllər torpaq alıcıları əsasən, yaşayış sahələri tikmək istəyənləri idi. Həm fərdi yaşayış sahələri, həm də hündür mərtəbəli binalar. Bu gün tikintinin həcmində xeyli azalma olduğundan torpaq alıcıları demək olar ki, yoxdur. Bu səbəbdən də torpaq alqı-satqısı 2007-ci illə müqayisədə 4 dəfə aşağı düşüb”.
Elxan SALAHOV

830