“Ekonomist” jurnalının ilk sayı çapdan çıxdı
Bu gün Azərbaycanda «Ekonomist» aylıq analitik jurnalın ilk sayı işıq üzü görüb.
“APA-ECONOMICS”in məlumatına görə, təsisçisi «Ekonomist» MMC olan jurnalın əhatə etdiyi sahələr genişdir və müxtəlif iqtisadi sahələrin mütəxəssisləri üçün nəzərdə tutulub.
Jurnalda siyasi, makroiqtisadi, bank və sığorta bazarları, sosial problemlər, ekologiya, geosiyasət kimi sahələrə dair analitik məqalələr dərc olunub. Bundan başqa, jurnalda mütəmadi olaraq kommersiya bankları və sığorta şirkətlərinin müxtəlif göstəriciləri üzrə renkinqlərin dərc edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, jurnalın ilk buraxılışında sığorta şirkətlərinin renkinqi oxucuların diqqətinə təqdim olunub. Dərgiyə informasiya dəstəyini «APA-ECONOMICS» portalı göstərir.
«Ekonomist» jurnalında məqalə və icmalların obyektiv, təhlil yönümlü olması, məqalələrin həm geniş auditoriya, həm də müəyyən sahələrin mütəxəssislərinə istiqamətlənməsi, məlumat və təhlilə məsuliyyətli və peşəkar yanaşma kimi amillər onun Azərbaycanın çap media bazarında özünəməxsus və xüsusi yerini tutmağa imkan verəcək.
Qeyd edək ki, Azərbaycanın iqtisadi, siyasi, sosial və digər sahələrdə baş verən proseslərə dair oxucuları məlumatlandırmaqla yanaşı, jurnalın əsas məqsədlərindən biri həmin proseslərin ictimaiyyətə, sahibkarlara, maliyyə sektoru ilə maraqlananlara yüksək səviyyədə analitik icmal və məqalələri təqdim etməkdir.

711