“Azəriqaz”ın məsul şəxsləri işdən azad edilib
11 fevral 2010 18:00 (UTC +04:00)

“Azəriqaz”ın məsul şəxsləri işdən azad edilib

Onlar işlərində yol verdikləri nöqsanlara görə vəzifədən uzaqlaşdırılıblar

“Azəriqaz” İstehsalat Birliyinin Göyçay Qaz İstismar Sahəsinin rəisi Murtuz Salahov və idarənin 4 məsul işçisi tutduğu vəzifədən azad edilib.


APA-nın Şirvan bürosunun xəbərinə görə “Azəriqaz” İstehsalat Birliyinin istehlakçılara satılan təbii qaza nəzarət xidmətinin nümayəndələri Göyçay Qaz İstismar Sahəsində yoxlamalar keçirərkən ciddi nöqsanlar aşkar ediblər. “Azəriqaz”İB-in regionlar üzrə qaz istismar idarəsinin rəisi Eldar Zeynalovun 10 fevral 2010-cu il tarixli əmri ilə Göyçay Qaz İstismar Sahəsinin rəisi Murtuz Salahov, idarədə 1 saylı xidmətin rəisi Atəş Behbudov, 4 saylı xidmətin rəisi Elson Sərkərov, istehlakçılara satılan təbii qaza nəzarət xidmətinin rəisi Feyruz Həsənov və çilingər Mürşüd Məlikov işində nöqsanlara yol verdiyi üçün tutduğu vəzifədən azad edilib.


Eldar Zeynalovun əmri ilə həmçinin Göyçay Qaz İstismar Sahəsində 2 saylı xidmətin rəisi Mahir Hüseynova və 3 saylı xidmətin rəisi Çingiz Abdullayevə xəbərdarlıq edilib və işlərində dönüş yaratmaq üçün onlara bir ay vaxt verilib.
Hələ ki, işdən çıxarılan şəxslərin yerinə təyinat yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1254

Oxşar yazılar